azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreya vətəndaşlarının Venesueladan təxliyəsi nəzərdən keçirilir

03-01-2026

Cənubi Koreya vətəndaşlarının Venesueladan təxliyəsi nəzərdən keçirilir

Cənubi Koreya Prezidenti Li Cemyön müvafiq qurumlara ölkə vətəndaşlarının ehtiyac olarsa Venesualadan təxliyəsi üçün plan hazırlamağı tapşırıb.

Bu barədə Prezident ofisi – “Mavi saray” açıqlama yayıb.

“Prezident Li Cemyön səlahiyyətli qurumlara Venesueladakı Cənubi Koreya vətəndaşlarının hərtərəfli qorunmasını təmin etməyi və vəziyyətin daha da pisləşməsi halında tez bir zamanda həyata keçirilə bilməsi üçün təxliyə planlarını hazırlamağı tapşırıb”, - deyə “Mavi saray”ın açıqlamasında qeyd olunur. Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar təcili iclas keçirib.

Bildirilir ki, Venesuelada hazırda təxminən 70 Cənubi Koreya vətəndaşı var. ABŞ-ın zərbərləri nəticəsində koreyalılardan xəsarət alan olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031