azturkxeber.az
http://azturkxeber.az

ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib

03-01-2026

ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib

ABŞ-ın baş prokuroru Pam Bondi Venesuela Prezidenti Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Maduro narkoterrorizm, ABŞ-a kokain idxalı, eləcə də silah və dağıdıcı qurğuların saxlanmasında və bu silahların ABŞ-a qarşı istifadəsində ittiham olunur.

Pam Bondi xüsusi əməliyyat nəticəsində saxlanılan Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin Nyu-Yorkun Cənub Dairə Məhkəməsində ifadə verəcəklərini bildirib. Baş prokuror qeyd edib ki, hər iki şəxs artıq rəsmi olaraq ittiham edilir.

Açıqlamada vurğulanıb ki, iş ABŞ hüquq-mühafizə orqanları tərəfindən aparılan genişmiqyaslı istintaqın nəticəsidir və məhkəmə prosesi Nyu-Yorkda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031