azturkxeber.az
http://azturkxeber.az

“Tut Əlimdən” Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib – FOTO

01-01-2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Şənlik uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta Baba və Qar Qızın iştirakı ilə hazırlanan proqramda uşaqlar şeirlər söyləyib, mahnılar ifa edib və müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini paylaşıblar.

Leyla Əliyeva və Arzu Əliyeva mərkəzin fəaliyyət şəraiti ilə tanış olaraq, uşaqlar üçün yaradılmış sosial-psixoloji mühit və reabilitasiya xidmətləri barədə məlumat alıblar. Onlar uşaqlarla səmimi ünsiyyət quraraq onların istək və arzularını dinləyiblər və bayram sevincinə qoşulublar.

Komitənin sədri Bahar Muradova bildirib ki, “Tut Əlimdən” Mərkəzi valideyn himayəsindən məhrum və risk qrupuna aid uşaqların təhlükəsiz və qayğıkeş mühitdə reabilitasiyasını, sosial adaptasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Mərkəzin əsas prioritetləri arasında uşaqların psixososial rifahını gücləndirmək və onların gələcəkdə müstəqil həyata hazırlanmasını təmin etmək yer alır.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub və onların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramları səmimi təbriklərlə qeyd edilib.

Leyla və Arzu Əliyevalar həmçinin “AzərEnerji” ASC tərəfindən mərkəzin ehtiyacları nəzərə alınaraq hədiyyə edilən avtomaşına baxış keçiriblər. Qeyd olunub ki, bu nəqliyyat vasitəsi mərkəzin fəaliyyətinin operativliyini artıracaq və uşaqların müxtəlif reabilitasiya və sosial xidmətlərə çıxışını daha rahat təşkil etməyə imkan verəcək.

Tədbir yekununda mərkəzlərin işinin gücləndirilməsi və fəaliyyət şəbəkəsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031