azturkxeber.az
http://azturkxeber.az

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Yeni il süfrəsi açılıb

01-01-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahıl şəxslər ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini söyləyib, burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bayram proqramı çərçivəsində bədii hissə də təqdim olunub. Ahıl şəxslər musiqilər ifa edib, şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.

Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxsləri Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.

Ziyarət zamanı onlar sosial xidmət müəssisəsində ahıllar üçün yaradılan şəraitlə də tanış olublar.

Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə bayram hədiyyələri paylanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031