azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan “QS Dayanıqlılıq 2026” reytinqində Cənubi Qafqaz üzrə təmsil olunan yeganə ölkədir

20-11-2025

Quacquarelli Symonds (QS) qlobal reytinq agentliyi tərəfindən “QS Dayanıqlılıq 2026” reytinqinin nəticələri açıqlanıb. Reytinqin cari buraxılışında Azərbaycan universitetlərinin sayı 8-ə yüksəlib. Bu il reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU, Xəzər Universiteti / Khazar University və Qərbi Kaspi Universiteti/ Western Caspian University təmsil olunur.

1 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti) TOP-800-də, 1 universitetimiz (Bakı Dövlət Universiteti) TOP-1000-də, digər 6 universitetimiz isə 1001+ və 1501+ mövqelərdə yer alır.

Xüsusilə “Ətraf mühitin mühafizəsi sahəsində dayanıqlı inkişaf” meyarı üzrə Azərbaycanın 3 universiteti dünyanın TOP 400 universiteti sırasında qərarlaşıb. Bu meyar üzrə Bakı Dövlət Universiteti dünyada 57-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 309-cu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 398-ci yerdə qərarlaşıb.

Dayanıqlı inkişaf sahəsində dünyanın ən yaxşı universitetlərinin müəyyən edildiyi bu reytinqdə Azərbaycan Cənubi Qafqaz regionu üzrə təmsil olunan yeganə ölkədir. Reytinqdə universitetlərin fəaliyyəti 3 əsas istiqamət üzrə - “Ətraf mühitə təsir” (45%), “İctimai təsir” (45%) və “İdarəetmə modeli” (10%) - qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930