azturkxeber.az
http://azturkxeber.az

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 73 kiloqram işlənmiş batareya təhvil alınıb

30-07-2025

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində könüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, könüllülər Dövlət Məşğulluq Agentliyindən, “Kapital Bank”ın Təbriz filialından, “Expressbank”ın baş ofisindən, "Bravo" supermarketlər şəbəkəsinin Koroğlu filialından, “Pmd Group”un Dalğa Plaza və BEGOC filiallarından ümumilikdə 73 kiloqram işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.

“Həmin təşəbbüs təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də cəmiyyət arasında ekoloji məsuliyyət və şüurun artırılmasına yönəlib. Hər kəsi bu cür faydalı təşəbbüslərə qoşularaq təbiətin qorunmasına öz töhfəsini verməyə çağırırıq. Unutmayaq ki, hər bir kiçik addım böyük dəyişikliklərin başlanğıcı ola bilər”, - deyə məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031