Aktiv ƏDV ödəyicilərinin sayı 3 faiz artıb
Cari il aprelin 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 809,2 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,9 faiz artaraq 54,4 min təşkil edib.
Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,3 faiz artıb və 220,3 min olub.