BMT - Azərbaycan Yeni Tərəfdaşlıq Çərçivə Sənədinin "Yüksək Səviyyəli Prioritetləşdirmə Seminarı” keçirilib
BMT - Azərbaycan Yeni Tərəfdaşlıq Çərçivə Sənədinin (2026-2030) hazırlanması ilə əlaqədar “Yüksək Səviyyəli Prioritetləşdirmə Seminarı” keçirilib.
AzTurkxeber.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə iştirak edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Rezident Əlaqələndiricisinin Ofisinin birgə təşkilatçılığı ilə baş tutan Yüksək Səviyyəli Prioritetləşdirmə Seminarı ölkənin milli prioritetlərinə uyğun həyata keçirilən iqtisadi, sosial, ekoloji sahələri əhatə edən strategiyaların və proqramların icrası ilə əlaqədar BMT-nin növbəti beş il müddətində verəcəyi töhfələr üzrə prioritetlərin və sürətləndiricilərin müəyyən edilməsi məqsədilə keçirilib.