azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan öz turizm imkanlarını Hindistanda nümayiş etdirir

31-01-2025

 

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 2025”də iştirak edir. 

AzTurkxeber.az xəbər verir, tədbirdə "Azərbaycan Hava Yolları" ilə birlikdə, 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilir.

Sərgi çərçivəsində keçirilən "Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan strateji yanaşmalar" adlı panel müzakirəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov Azərbaycanda turizminin inkişafı strategiyası ilə bağlı məlumat verib.

Qeyd edək ki, hindistanlı turistlərin artan marağına əsasən “Azərbaycan Hava Yolları” QSC və “IndiGo” aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir. 

2024-cü ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 243 589 nəfər təşil edib. Bu da öz növbəsində 2023-cü illə müqayisədə 2 dəfən çox artımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031