azturkxeber.az
http://azturkxeber.az

Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası avqustda Qırğızıstanda keçiriləcək

31-01-2025

Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası avqustda Qırğızıstanda keçiriləcək


Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 2025-ci ilin avqustunda Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.

Qırğızıstanın Kabar agentliyinə istinadla xəbər verir ki, bununla bağlı qərar bu gün Almatıda geniş tərkibdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclası zamanı qəbul edilib.

Qeyd edək ki, iclasda Avrasiya İqtisadi İttifaqı ölkələrinin hökumət başçıları 12 məsələyə baxıblar. Xüsusilə də, elektron ticarət, gömrük əməkdaşlığı, eləcə də kənd təsərrüfatı sənayesində böyük əməkdaşlıq layihəsi əsas mövzular olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031