azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreya kəşfiyyatı: KXDR Rusiyaya əlavə qoşunlar göndərməyə hazırlaşır

24-01-2025

Cənubi Koreya kəşfiyyatı: KXDR Rusiyaya əlavə qoşunlar göndərməyə hazırlaşır

Cənubi Koreyanın hərbi kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının (KXDR) Rusiyaya əlavə qoşunlar göndərmək üçün hazırlığı sürətləndirdiyini bəyan edib.

Azturkxeber.az “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı məsələyə dair açıqlama yayaraq, Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfdən vuruşmaq üçün 4 ay əvvəl göndərilmiş ilk hərbçilər arasında çoxsaylı itkilər və əsirlərin olmasına baxmayaraq, Pxenyanın yenidən Rusiyaya hərbçilər göndərməyə hazırlaşdığını açıqlayıb.

Qeyd edək ki, Seul və Vaşinqton Şimali Koreyanı Rusiyaya təxminən 11 min nəfərlik qoşun göndərməkdə ittiham edir. Cənubi Koreya kəşfiyyatı döyüşlərə cəlb olunan şimali koreyalı hərbçilərdən ən azı 300-nün öldüyünü, 2700 nəfərinin isə yaralandığını düşünür.

Ukrayna tərəfi döyüşlər zamanı 2 koreyalı əsgərin əsir götürüldüyünü açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski əsir götürülən əsgərləri Şimali Koreyaya təhvil verməyə hazır olduğunu bildirib. O, əsirlərin qaytarılmasına şərt olaraq KXDR lideri Kim Çen Inın Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin dəyişdirilməsinə nail olmasını istəyib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031