azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsi vakansiya elan edir

23-01-2025

 

Öz karyeranıza psixoloq, sosial pedaqoq, sosial iş üzrə mütəxəssis, baş mühasib olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (Bakı şəhəri Şüvəlan qəsəbəsi, Goranboy, Ağdam, Hacıqabul, Göygöl, Sabirabad, Saatlı, İsmayıllı, Qəbələ, Zaqatala, Zərdab rayonları üzrə) davam etmək istəyirsinizsə CV formanızı  region@family.gov.az ünvanına göndərə bilərsiniz. Müraciət edərkən “Mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır.

Mərkəzlərə işə qəbul müsahibə formasında, şəffaflıq və bərabərlik prinsipləri əsasında təşkil olunur. Müvafiq tələblərə uyğun gələcəyiniz təqdirdə müsahibəyə dəvət ediləcəksiniz. 

- CV Azərbaycan dilində tərtib edilməlidir. 

- Baş mühasib vəzifəsi üçün namizədlərin peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) olmalıdır.

Mərkəz əməkdaşlarının vəzifə təlimatı barədə məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031