Dostunu qətlə yetirməkdə təqsirləndirilən Bəşir İsrafilovun məhkəmə prosesi yekunlaşıb.
AzTurkxeber.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il 1 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən il iyun ayında Astara rayonunda baş verib.
Təqsirləndirilən Bəşir İsrafilov dostu Namiq Əhədovu ov tüfəngi ilə qətlə yetirib. Daha sonra həmin silahla özünü yaralayıb.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb