Şamaxı Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Emin Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 5-nə təyin edilib.
İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə baxılacaq.
Məlumata görə, Hüseyn Emin Ramiz oğlu 2022-ci ildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib. Sonradan vəzifəsindən azad olunub.
Onunla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tanınıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri məhkəmədə elan olunub
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Ali Məhkəmə “TikTok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində doğmaları öldürülmüş, yaralanmış, mina qurbanı olmuş, əsirlikdə və girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər