Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 70-dən 86-ya yüksəlib.
azturkxeber.az “Thisday Live” portalına istinadən xəbər verir ki, bunu Niger ştatının Fövqəladə Hallar Agentliyinin baş direktoru Əlhacı Abdullahi Baba Ara açıqlayıb.
Qeyd olunub ki, Dikko yaşayış məntəqəsində hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Zərərçəkənlərə yerli xəstəxanalarda tibbi yardım göstərilir.
Şahidlərin sözlərinə görə, əvvəlki gün 60 ton benzin daşıyan maşın yolda aşıb. Yanacağı köçürmək üçün başqa bir benzin maşını gəlib. Tökülən yanacağı yığmaq istəyən yerli sakinlər qəza yerinə yaxınlaşıblar. Bu zaman partlayış, daha sonra yanğın baş verib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür