Medianın İnkişafı Agentliyinin kollektivi 20 Yanvar Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etdilər


Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın rəhbərliyi və kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: