Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
azturkxeber.az xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi AQEM-in fəaliyyətinə verdiyi önəmi diqqətə çatdırıb.
Baş katib Kayrat Sarıbay Azərbaycanın AQEM sədrliyinin uğurla davam etdiyini, qurumun gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib.
Söhbət zamanı üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası qlobal miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində diqqətəlayiq işlər görür, bu sahədə bütün təşəbbüslərə dəstək verir.
Görüşdə mədəni irsin qorunması, təbliği, yaradıcı sənayelər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Bahar Muradova AQEM-in baş katibi Kayrat Sarıbayla görüşüb