Cari ilin ilk günlərində 33 min ton şəkər yükü ilə Qvatemalanın ən böyük dəniz limanı olan Puerto-Ketsal limanından yola çıxan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi təyinat nöqtəsinə çatıb.
AzTurkxeber.az xəbər verir ki, ASCO-dan verilən məlumata görə, gəmi hazırda ABŞ-ın qərb sahilində, San-Fransisko şəhəri yaxınlığındakı Kroket limanında yükboşaltma əməliyyatını yerinə yetirir.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının diversifikasiyası məqsədilə ötən ilin mayında istismara verilib.
Məhdudiyyətsiz üzmə imkanlarına malik olan “Xocalı” gəmisinin dedveyti 38593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür