Sabirabad sakinindən 6 kiloqram narkotik vasitə və odlu silah götürülüb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Müxtarov saxlanılıb.
AzTurkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şəxsdən 6 kiloqram narkotik vasitə marixuana, 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: