Madaqaskarı bürüyən Dikeledi tropik siklonunun nəticələri 915 nəfərin yaralanmasına, azı iki nəfərin itkin düşməsinə səbəb olub.
azturkxeber.az xəbər verir ki, bu barədə “Orangeactu” portalı Risk və Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Büroya istinadən məlumat yayıb.
Məlumata görə, sürəti 140 km/saata çatan qasırğalı küləklər və leysan yağışları Madaqaskarın şimal və şərq hissələrini əhatə edib. Nosi-Be adası və Ambre burnu ilə Besalampi şəhəri arasındakı yaşayış məntəqələrinə ziyan dəyib.
Qeyd olunub ki, Voemar və Maroantsetra şəhərlərindən 751 nəfər təcili təxliyə edilib.
Madaqaskar meteoroloji xidmətinin məlumatına görə, siklon Komor adalarına ardınca da Mozambikə çata bilər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfransın açılış sessiyası keçirilib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib