Çinin Sindao Universitetinin xəstəxanasının alimləri müəyyən ediblər ki, epilepsiya nevroloji xəstəliklər və psixi pozğunluqların inkişaf riskini artırır, beyin fəaliyyətinə mənfi təsir göstərir.
azturkxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Translational Medicine" (JTM) jurnalında dərc olunub.
Tədqiqat Britaniya Biobankının (böyük bioloji nümunələr deposu) 426 527 iştirakçısının məlumatlarına əsaslanıb. Həmçinin, əvvəllər epilepsiya diaqnozu qoyulmuş 3 251 könüllü haqqında məlumatlar da araşdırmaya daxil edilib.
Nəticələr göstərib ki, epilepsiya koqnitiv və hərəkət funksiyalarına mənfi təsir göstərir, həmçinin depressiya kimi psixi pozuntuların riskini əhəmiyyətli dərəcədə artırır. 17 illik müşahidəyə əsaslanan uzunmüddətli analiz göstərib ki, epilipsiyası olan insanlar parkinson xəstəliyi kimi müxtəlif nevroloji xəstəliklərə tutulmağa meyllidirlər.
Alimlər epilepsiya ilə əlaqəli olan beyin sahələrini müəyyən ediblər, bunlara pallidum, hipokampus və presentral sahələr daxildir. Bu məlumatlar epilepsiya xəstələrinin beyin pozuntularının inkişafında qaraciyər funksiyaları və lipid mübadiləsinin rolunu göstərə bilər.
Tədqiqatın nəticələri epilepsiyanın altında yatan mexanizmləri, həmçinin onun beyinə və bütövlükdə orqanizmə təsirini daha dərindən öyrənməyə kömək edəcək. Yeni məlumatlar daha effektiv diaqnostika və müalicə üsullarının inkişafına da səbəb ola bilər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
Epilepsiya haqqında hər şey: səbəblər, ilk yardım və müalicə - Səhiyyə Nazirliyinin nevroloqundan məsləhətlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
“Yuxusuzluq: görünməz təhlükə” - Səhiyyə Nazirliyinin nevroloqundan mühüm xəbərdarlıq
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib