Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 9 nəfər ölüb, daha bir nəfər itkin düşüb.
azturkxeber.az xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı dövlət yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Minas Jerays ştatında 180 günlük fövqəladə vəziyyət elan edilib. Bazar günü gecə bölgəyə yağan güclü yağışlar nəticəsində yaranan torpaq sürüşməsi ən çox ziyan 220 mindən çox əhalisi olan İpatinqa bələdiyyəsinə dəyib. Həlak olanların hamısı İpatinqa sakinləridir, dağıntılar nəticəsində 150 nəfər evsiz qalıb.
Ştatın qubernatoru Romeu Zima dağıntıların miqyasını və lazım olan yardımın miqdarını qiymətləndirmək üçün yanvarın 13-də İpatinqaya səfər etməyi planlaşdırır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfransın açılış sessiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür