“Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin yeddinci sınaq buraxılışı təxirə salınıb. Sınaq uçuşu yanvarın 15-də baş tutacaq.
azturkxeber.az xəbər verir ki, bu barədə “SpaceX” tərtibatçı şirkəti məlumat yayıb.
“Biz çərşənbə günü, yanvarın 15-i, "Starship"in yeddinci sınaq uçuşunu planlaşdırırıq”, – şirkət "X" səhifəsində bildirib.
Qeyd edək ki, daha əvvəl yeddinci sınaq buraxılışı yanvarın 13-nə planlaşdırılırdı.
"SpaceX" yeddinci sınaq buraxılışı zamanı əhəmiyyətli dizayn təkmilləşdirmələri ilə prototipin yeni nəslini aşağı Yer orbitinə göndərməyə ümid edir. Sınaq uçuş proqramı əhəmiyyətli dərəcədə genişləndiriləcək.
Şirkətin planlarına görə, "Starship" kosmik sistemi universal olacaq və Yerə yaxın orbitə insanlı uçuşlar, peyklərin buraxılması, həmçinin Aya və Marsa, eləcə də daha uzaqlara missiyaların yerinə yetirilməsi üçün müxtəlif versiyalarda istifadə oluna biləcək.
Hazırkı layihəyə əsasən, kosmik sistemin ümumi hündürlüyü 121 m (gəmi - 50 m, gücləndirici - 71 m), diametri - 9 m, qaldırma qabiliyyəti - 100-150 tondur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“SpaceX” ən böyük raketini altıncı dəfə sınaq uçuşuna çıxaracaq
Yeni rekord: Bir sutkadan az müddətdə kosmosa 6 müxtəlif raket buraxılıb