İraqın paytaxtı Bağdadda Asiya Parlament Assambleyasının (APA) Siyasi işlər üzrə daimi komitəsinin iclası işinə başlayıb. İclas İraq Parlamenti spikeri Mahmud əl-Məşhədanin himayəsi ilə keçirilir.
azturkxeber.az İraq Xəbər Agentliyinə istinadla bildirir ki, iki gün davam edəcək tədbirdə APA-nın hazırkı sədri Azərbaycanla yanaşı, digər üzv dövlətlərdən Pakistan, İndoneziya, İraq, Kamboca, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Fələstin, Rusiya, Qətər, İran, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətləri iştirak edirlər.
Bəhreyn Xəbər Agentliyi bildirir ki, Asiya Parlament Assambleyasının siyasi məsələlərlə bağlı daimi komitəsinin iclasının gündəliyində səkkiz qərar layihəsinin müzakirəsi yer alır. Bildirilir ki, iclasda hüququn aliliyi və məhkəmələrin səlahiyyətlərinin artırılması, parlament təcrübələrinin inkişaf etdirilməsi, Asiyada tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə rifahın yaradılması, Asiya parlamentləri və hökumətləri arasında əməkdaşlıqla, demokratiya vasitəsilə ahəngdar inkişafa nail olmaq mövzularında müzakirələr aparılacaq. Eyni zamanda, Yaxın Şərqdəki son vəziyyət iclasda müzakirələrin mövzularından olacaq.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib