İspaniya 2013-cü ildən tətbiq etdiyi və Avropa İttifaqından kənar ölkələrin vətəndaşlarına sərmayə yatırdıqları və ya ev aldıqları təqdirdə yaşayış icazəsi verən “qızıl viza”ya aprel ayında son qoyacaq.
Senat və Məclis tərəfindən keçən noyabrda qəbul edilən və 3 yanvarda qəsmi qəzetdə dərc olunan qanuna görə, “qızıl viza” müraciəti aprelin 3-də başa çatır. İqtisadi böhran səbəbiylə 2013-cü ildə dövrün sağçı hökumətinin qərarı ilə qüvvəyə minən praktika ilə 500 min avrodan çox dəyərində ev alan və ya 1 milyondan çox sərmayə yatıran AB üzvü olmayan ölkələrin vətəndaşlarına “qızıl viza” verilib. Statistikaya görə, indiyədək İspaniyada “qızıl viza”dan təxminən 15300 xarici investor yararlanıb. Tətbiqdən yararlananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib. Bundan faydalanan xarici vətəndaşların siyahısına baxıldığında ilk 5-likdə Çin, Rusiya, İran, ABŞ və Venesuela yer alıb. Bu arada qanun qüvvəyə minməmişdən əvvəl müraciət edənlərin də “qızıl viza”dan yararlana biləcəkləri bildirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin iclasında
Milli Məclisin iclasında