Qasırğalar, tufanlar, daşqınlar və digər təbii fəlakətlər 2024-cü ildə 140 milyard dollar itkiyə səbəb oldu.
azturkxeber.az xəbər verir ki, dünyanın ən böyük sığorta şirkəti olan “Munich Re”nin məlumatına görə, sığorta ilə əhatə olunan təbii fəlakətlərdən itkilərin illik həcmi 2023-cü ildə qeydə alınmış 106 milyard dolları ötüb və uzunmüddətli orta göstəricilərdən xeyli yüksəkdir.
“Munich Re” qeyd edir ki, hadisələrin bu cür inkişafı iqlim dəyişikliyinin təsirinin sərtləşdiyini göstərir. Temperaturun yüksəlməsi getdikcə ekstremal hava hadisələrinin tez-tez başverməsinə səbəb olur.
“Bir rekord maksimum digərinin ardınca gəlir - nəticələr dağıdıcıdır. İqlim dəyişikliyinin dağıdıcı qüvvələri getdikcə daha aydın görünür”, - deyə “Munich Re” idarə heyətinin üzvü Tomas Blank bildirib.
“Munich Re”nin məlumatına görə, 2024-cü il üçün sığorta itkiləri 1980-ci ildən bəri üçüncü ən yüksək zərərdir.
Sığorta ilə əhatə olunmayanlar da daxil olmaqla təbii fəlakətlərdən ümumi itkilər 2024-cü ildə 320 milyard dollar təşkil edib. Bu, 2023-cü ildəki 268 milyard dollardan çoxdur.
ABŞ-da baş verən “Helen” və “Milton” qasırğaları ən çox ziyana səbəb olub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Təbii fəlakətlər 2024-cü ildə 320 milyard dollar itkiyə səbəb olub
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”