Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıc və beynəlxalq əlaqələr üzrə rektor müşaviri Cahit Ezel Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.
Bu barədə ATMU-dan məlumat verilib. Rektor İlham Mədətovla görüşdə ATMU-nun Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə qurulduğu diqqətə çatdırılıb. Söhbət zamanı ATMU ilə Doğu Akdeniz Universiteti arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra möhkəmlənəcəyinə inam ifadə olunub. Rektor Hasan Kılıç isə Doğu Akdeniz Universitetinin dinamik inkişaf istiqamətlərindən danışıb.
Rektorlar qarşıdakı illərdə nəzərdə tutulan beynəlxalq təhsil layihələrinin, o cümlədən proqramların icrasında əhəmiyyətli tərəfdaş olacaqlarına inam ifadə ediblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının 3-cü iclasında
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib