Avropa Birliyinin Kopernik peyk izləmə sistemi 2024-cü ilin ən isti il kimi qeydə alındığını açıqlayıb.
Verilən məlumata görə, 2024-cü il 1850-ci ilə aid qlobal temperatur rekordları ilə müqayisədə ən isti il olub.
Qlobal orta temperaturun 15,10 dərəcə olması 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ildən isə 0,12 dərəcə yüksək olub.
Beləliklə, 2024-cü il 1850-1900-cü illəri əhatə edən sənayedən əvvəlki dövrün orta göstəricisini 1,5 dərəcə üstələyən ilk il olub və 2023-cü il qeyd olunan orta göstəricini 1,48 dərəcə üstələyib.
2024-cü il iyulun 22-də 17,16 dərəcə ilə gündəlik qlobal orta temperaturun yeni rekordu qeydə alınıb.
2024-cü ilin yanvar-iyun aylarında hər ay əvvəlki ilin eyni ayına nisbətən daha isti olub.Beləliklə, 2024-cü ilin yayı həm də tarixdə ən isti yay olub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib