Çin hakimiyyəti Azərbaycan Hava Yolları (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətlərinin iştirakı ilə baş vermiş son qəzalardan sonra riskləri aradan qaldırmaq üçün ölkə daxilində əks tədbirlər görüb.
azturkxeber.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan deyib.
“Azərbaycan və Cənubi Koreyada baş vermiş son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə əsasən aşağıdakı istiqamətlərdə işləyir: əvvəlcə, dərhal xüsusi iclaslar keçirdik. Təcili cavab tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üçün tədbirlərin məqsədyönlülüyü və effektivliyi artırılıb”, - o, mətbuat konfransında deyib.
Mülki Aviasiya İdarəsi həmçinin ölkə daxilində hava limanlarında yoxlamalar həyata keçirib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün enmə zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən olunmasını təmin edib. Onun sözlərinə görə, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qorxudulmasına və sıxışdırılmasına xüsusi diqqət yetirilir.
"Biz fövqəladə hallara cavab təlimlərini gücləndirəcəyik və cavab tədbirlərinin səmərəliliyini artıracağıq" - Şu Minszyan deyib. O, qeyd edib ki, yaxın vaxtlarda Mülki Aviasiya İdarəsi sistemli cavab tədbirləri ilə bağlı məsələlər üzərində işləyəcək, həmçinin onların həyata keçirilməsi üçün müvafiq bölmələri stimullaşdıracaq və kadrların daha etibarlı hazırlığını təmin edəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri