2024-cü ildə İspaniyanın Kanar adalarına 46843 nəfər qanunsuz miqrant gəlib. Bu da 2023-cü illə müqayisədə 17 faiz çoxdur.
azturkxeber.az xəbər verir ki, statistikanı İspaniya Daxili İşlər Nazirliyi yayıb. Ümumilikdə İspaniyaya dəniz yə quru yolu ilə 2024-cü ildə 63 970 qanunsuz miqrant gəlib. Bu nəticə 2018-ci ildəki rekorda yaxındır. Həmin il ölkəyə 64 298 qeyri-qanuni miqrant gəlmişdi. İspaniyaya, oradan da digər Avropa ölkələrinə keçmək istəyən miqrantların əsas axın etdiyi yer Kanar adalarıdır.
İspaniyaya dəniz yolu ilə gəlmək çox risklidir. “Caminando Fronteras” adlı QHT-nin statistikasına görə ötən il dəniz yolu ilə İspaniyaya keçməyə çalışan 10 400 nəfər həlak olub. Bu da illik əsasda 60 faiz artım deməkdir. Bir neçə ildir statistika aparan QHT bildirib ki, 2024-cü il dənizdə miqrant ölümləri baxımından ən ağır dövr olub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Milli Məclisin iclası keçirilib
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib