ABŞ yeni ilə Nyu Orlean və Nyu Yorkda hücumlarla başlayıb.ABŞ-nın Nyu-York ştatının Kuins şəhərindəki gecə klubuna silahlı hücum olub. İlkin məlumata görə, hücum zamanı azı 11 nəfər yaralanıb. Dünən Yeni Orleanda yeni ilin ilk saatlarında baş verən avtomobil hücumu ilə bağlı yeni açıqlamalar verilir. Las-Veqasda İlon Maska məxsus Tesla avtomobili Tramp otelinin qarşısında partlayıb və alovlanıb.Göründüyü kimi, qanlı hadisələr bir-birinin arxasınca gəlir.
Hadisələrlə bağlı Baydendən diqqət çəkən bir açıqlama gəlib. ABŞ-nın seçilmiş prezidenti Donald Tramp ABŞ-nın “bütün dünyanın gülüş obyektinə çevrildiyinə” işarə edərək, ölkədə baş verən hücumları “sərhəd problemi və liderliyin zəifliyi” ilə əlaqələndirib. "Truth Social" sosial media hesabında demokratları və məmurları vəzifələrini yerinə yetirməməkdə günahlandıran Tramp "Ölkəmiz bütün dünyada fəlakət, gülüş obyektidir. Sərhədlər açıq olanda belə olur…Demokratlar bunun bizim ölkədə baş verməsinə icazə verdikləri üçün utanmalıdırlar”- deyib. O, prezident Co Bayden administrasiyasını günahlandırdığını bildirib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
İlon Mask iyun ayında Texasda pilotsuz taksiləri işə salmağı vəd edib, lakin hazırlıqlar gecikir