Ədliyyə Nazirliyinin Probasiya Xidməti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
azturkxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Sənədi Probasiya xidmətinin rəisi Vüqar Ağayev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb. Memorandumun imzalanmasında məqsəd əməkdaşlıq, qarşılıqlı fəaliyyət və birgə layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji xidmət sahəsində dəstəklənməsi və reabilitasiyasının həyata keçirilməsidir.
Memoranduma əsasən probasiya qeydiyyatında olan şəxslərə sosial-psixoloji xidmət göstərilməsi prosesinə könüllülərin fəal şəkildə cəlb olunması, maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə dərs vəsaitlərinin hazırlanması, araşdırmaların və qarşılıqlı maraq doğuran digər işlərin aparılması ilə bağlı universitet və xidmət arasında əməkdaşlıq nəzərdə tutulur.
Tədbirdə, həmçinin BDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə Probasiya xidmətində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə probasiya sahəsində aparılan işlər barədə ətraflı məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Milli Məclisin iclasında
Probasiya sahəsində sosial-psixoloji xidmətlərlə bağlı SDU-da dəyirmi masa keçirilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib