azturkxeber.az
http://azturkxeber.az

Daxili işlər naziri Vilayət Eyvazov Qazaxıstan Respublikasına işgüzar səfər edib

21-12-2024

Dekabrın 19-20 tarixlərində Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdə olub.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Astana şəhərində Qazaxıstan  Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovla görüşüb.

Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla, o cümlədən onun mütəşəkkil formaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri, ekstremizmin təzahürləri və digər məsələlər müzakirə edilib. 

Daxili işlər nazirləri arasında müasir dövrün çağırış və təhdidlərinə qarşı birgə mübarizə üzrə qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031