azturkxeber.az
http://azturkxeber.az

Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlanılıb

20-12-2024

 Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin səyyar satışını həyata keçirən A.Əzizzadə müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031