Milli Məclisin sədri Sahibə Qafarova Anıtqəbirdə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib




Türkiyə Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Ankarada Anıtqəbirə gəlib.
Azturxeber.az xəbər verir ki, Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri burada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Sahibə Qafarova məzarın önünə əklil qoyub.
Sonra Milli Məclisin sədri Xatirə kitabına ürək sözlərini yazıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: