Almaniya Federal Mülki Müdafiə və Fövqəladə Vəziyyətlərdə Yardım İdarəsi (BBK) ölkə əhalisinə ən azı üçgünlük ehtiyaclarını ödəyə biləcək səviyyədə ehtiyat tədbirləri görmələri barədə xəbərdarlıq edib.
azturkxeber.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, əhaliyə üç gün kifayət edəcək qədər su, ərzaq, konserv, nağd pul, radio və batareya ehtiyatı görmələri tövsiyə olunub.
BBK-nın sədr müavini Rene Funk yerli onlayn portallardan birinə açıqlamasında Almaniyanın təkcə hərbi sahədə deyil, mülki müdafiə və fövqəladə vəziyyətlərlə bağlı da ehtiyat tədbirlərini gücləndirməli olduğunu vurğulayıb. Almaniyaya xaricdən texniki hücumların artdığını bildirən Rene Funk elektrik verilişinin kəsilməsi nəticəsində digər çətinliklərlə yanaşı, su təchizatında, bankomatlardan nağd pul çəkilməsində də problemlərin olacağını deyib. O, hazırlıqlar çərçivəsində batareyalarla işləyən işıq cihazları, adambaşına gündəlik 1,5 litr su, şam, kibrit, gigiyenik vasitələr, qida konservləri, çərəz və digər ərzaq vasitələrinin toplanmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl verilən bir açıqlamada mövcud sığınacaqların nəzərdən keçirilməsi və evlərin zirzəmilərində sığınacaqların yaradılması tövsiyə olunmuşdu.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib