Qazaxıstanda 2025-ci il yanvarın 2-dən 7-dək Qazaxıstan və Özbəkistanın əsas mədəni və mənəvi mərkəzləri: Almatı - Türküstan - Daşkənd - Səmərqənd - Almatı şəhərlərini birləşdirəcək “Jibek Joly” adlı unikal turizm qatarı işə salınır.
azturkxeber.az Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, beşgünlük səyahət turistlərə qədim şəhərlərin atmosferinə qərq olmaq, bölgənin mənəvi irsi ilə tanış olmaq və Böyük İpək Yolunun məşhur görməli yerlərini araşdırmaq imkanı verəcək.
Səyahətçilərin maksimum rahatlığı üçün müasir komfort vaqonlar, sağlam qidalanma, peşəkar bələdçi xidmətləri və rəngarəng ekskursiya proqramı nəzərdə tutulub.
Marşruta Türküstanda Xoca Əhməd Yəsəvinin məqbərəsi, Arıstan Baba məqbərəsi, “Aziret Sultan” tarix-mədəniyyət qoruq-muzeyi, Daşkənddəki Həzrəti İmam kompleksi və Səmərqənddəki Registan meydanının ziyarət edilməsi daxildir.
Xatırladaq ki, 2024-cü ilin noyabrında “Sərnişindaşımaları” ASC pilot layihəsi çərçivəsində Almatı – Türküstan – Daşkənd – Almatı marşrutu üzrə “Jibek Joly” turist qatarını yola salmışdı.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Turizmin Cənnəti Türkiyə: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Şəhərlər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır