TƏBİB-də Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyeva ilə görüş keçirilib.
TƏBİB-dən verilən məlumata görə, görüşdə vərəmə dair fəaliyyətlərin maliyyələşdirmə imkanları, proqram üzrə xərclərin optimallaşdırılması, gələcək əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsi kimi məsələlər əsas müzakirə mövzusu olub.
Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanın Qlobal Fondla əməkdaşlığa hər zaman önəm verdiyini, 2005-ci ildən etibarən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə fəaliyyətlərin dəstəklənməsində yaxından iştirak etdiyini deyib. Bildirib ki, son zamanlar TƏBİB-lə Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşlər birgə layihələrin rentabelliliyinə dəstək verir: “TƏBİB tabeliyində Bakı və Sumqayıt şəhərində yerləşən vərəm əleyhinə 5xəstəxana, 15 vərəm şöbəsi stasionar yardım xidməti göstərir. Vərəm əleyhinə xidmətdə modul tipli Saray Vərəm Əleyhinə Xəstəxananın yaradılması ilə xidmət keyfiyyəti daha da artırılıb. Hazırda ölkə üzrə ambulator xidmət vərəm əleyhinə 6 dispanserdə və 36 vərəm kabinetində təşkil edilir. Ağciyər Xəstəlikləri Mərkəzinin yaradılması ilə 8 regional mərkəz fəaliyyət göstərəcək. Regional mərkəzlərin strukturunda diaqnostika, ambulator və stasionar şöbələr təşkil ediləcək. 8 regional mərkəzdə eyni struktur vahidi təşkil olunmaqla, xidmətin təşkili proporsional bölünəcək”.
TƏBİB-in İcraçı direktoru, həmçinin qeyd edib ki, Qlobal Fondla perspektiv əməkdaşlıq çərçivəsində vərəmin diaqnostikasının təkmilləşdirilməsi məqsədilə vərəm əleyhinə tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, vərəm xəstəliyinin laborator diaqnostika şəbəkəsinin gücləndirilməsi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün yerli və beynəlxalq təlimlərin təşkili üzrə dəstək zəruridir.
Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib, fondun ayırdığı maliyyə vəsaitlərinin yenidən nəzərdən keçirilməsinə zərurət yarandığını qeyd edib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin müzakirəsi keçirilib
Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib