Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirilib.
Konfransda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tələbələr “COP-29” Azərbaycana nə verəcək?”, “Alternativ enerji mənbələri”, “Hərəkət izləyən robot”, “Suyun səviyyəsinin avtomatik idarə olunması”, “Telefonla idarə olunan robot”, "Əl hərəkətləri ilə idarə olunan robot", "Mühərriklərdə olan zədələnmələrin süni intellekt vasitəsilə təyin olunması", "Tesla bobini" mövzularında təqdimatlar ediblər.
Sonra suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparıblar.
Çıxış edən rektor Zəfər Qurbanov tələbələrin təqdimatlarını yüksək qiymətləndirərək, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ADAU-da son illərdə nəzəri elmi biliklərin yüksək səviyyədə öyrənilməsi ilə yanaşı, praktiki biliklərin inkişafına da böyük önəm verilir.
Digər çıxış edənlər də təqdim olunan layihələrin onların praktiki bacarıqlarının inkişafına təkan verəcəyini bildirərək, konfransın işinə uğurlar arzu ediblər.
Sonda tələbələrə fəxri fərmanlar verilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”