Türküstan şəhərindəki (Qazaxıstan) Əhməd Yasəvi Universitetinin 69 yaşlı tələbəsi Kadriye İşıklı qazax dilini öyrənmək və yerli mədəniyyətlə tanış olmaq üçün İstanbuldan gəlib.
azturkxeber.az Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyədə “Turizm” ixtisası üzrə ali təhsil almış üç uşaq anası universitetin tarixi ərzində ən yaşlı tələbəsi olub.
Kadriye İşıklı dünyanın 20-yə yaxın ölkəsini gəzib və indi Mərkəzi Asiya mədəniyyətini dərindən öyrənmək üçün Türküstandadır.
“Hazırda qazax dilini öyrənirəm. Mən Türk ölkələrinin mədəniyyəti ilə tanış olmağı xoşlayıram. Burada qazax dilini öyrənmək, mədəniyyəti ilə tanış olmaq, daha sonra digər qardaş ölkələrə səfər etmək istəyirəm”, – deyə yenicə tələbə olan xanım bildirib.
Türküstana cəmi bir ay yarımdır gəlməsinə baxmayaraq, K.İşıklı artıq qazax dilini başa düşməyə imkan verən səviyyəyə çatıb. O, Türk dünyasından olan tələbələrin iki semestr ərzində qazax, türk, rus və ingilis dillərini öyrəndiyi universitetin Hazırlıq Mərkəzində təhsil alır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib YENİLƏNİB-2
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3