azturkxeber.az
http://azturkxeber.az

10 milyon illik körpə timsah fosili elm adamlarını heyrətə gətirib

02-12-2024

IMG

Perunun paytaxtı Limadan təqribən 350 kilometr cənubda yerləşən Ocucaje səhrasında  demək olar ki, bütün skeleti ilə qorunan timsah fosili aşkar edilib. Alimlər iddia edirlər ki, 10 milyon illik skelet bu növün yeniyetməsinin ilk nümunəsidir.

2023-cü ilin sonunda tapılan fosil Peru Geologiya, Mədənçıxarma və Metallurgiya İnstitutu və La Union Kolleci ilə birgə aşkar edilib.

Peru Beynəlxalq Paleontologiya Konqresində təqdim edilən tapıntılara görə, skelet nəsli kəsilmiş qavial növə aiddir. Tədqiqatçılar təxminən 3 metr hündürlüyündəki skeletin 10-12 milyon il əvvələ aid olduğunu ehtimal edirlər. Alimlər deyirlər ki, Piscogavialis cinsinə aid olan bu qarial cavandır. Bu heyvanların hündürlüyü yetkinlik yaşına çatdıqda 9 metrə çata bilir. Onların çənə və kəllə sümüyü indiki timsahlardan tamamilə fərqlidir. 

Alimlər fosili öyrənməyə davam etməyi planlaşdırırlar. İndi onlar bir yetkinlik yaşına çatmayan bir nümunəyə sahib olduqları üçün bu tarixdən əvvəlki timsahların inkişafı haqqında daha çox məlumat əldə edə bilərlər. 

Qeyd edək ki, fosillərlə zəngin bölgə kimi tanınan Ocucaje səhrasında bu günə qədər ən az 55 yeni dəniz canlısı növü aşkar edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031