Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) Tarix fakültəsinin Mənəviyyatın əsasları və hüquqi təhsil ixtisasının III-IV tədris ili tələbələri qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbə mübadiləsində iştirak edirlər.
Noyabrın 28-də tələbələr ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüşüblər.
Görüşdə tələbələrə ADPU-nun beynəlxalq fəaliyyəti haqqında məlumat verilib. Professor M.Hüseynova, eyni zamanda, tələbələrə akademik mübadilə çərçivəsində fəaliyyətlərində uğur qazanmaq üçün müvafiq dəstək göstəriləcəyini qeyd edib.
Özbək tələbələrin mübadiləsi 26 noyabr - 29 dekabr tarixləri arasında davam edəcək. Bu müddət ərzində tələbələr ADPU-nun Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının mühazirələrində iştirak edəcək, tələbə və müəllim heyəti ilə müzakirələr apararaq yeni təcrübələrə yiyələnəcəklər.
Qeyd edək ki, Pedaqoji Universitetlə DDPU arasında hər iki ölkənin dili, tarixi, mədəniyyəti, təhsil sistemi ilə tanışlıq və universitetlərin elmi və tədris sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə 2022-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində mütəmadi olaraq tələbə və müəllim mübadilələri həyata keçirilir. Ötən tədris ilinin payız və yaz semestrlərində DDPU-nun Musiqi müəllimliyi və İngilis dili və ədəbiyyatı ixtisaslarının tələbələri də ADPU-da mübadilədə iştirak ediblər.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib