Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus, dünyada hər yeddi gəncdən birinin psixi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib. O, sosial media hesabında psixi sağlamlıq problemlərinə dair paylaşımında 15-29 yaş qrupunda intiharın üçüncü ən çox rast gəlinən ölüm səbəbi olduğunu vurğulayıb.
azturkxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Baş direktor ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırladığı yeni təlimatın hər bir ölkədə psixi sağlamlıq xidmətlərinə çıxışı artırmaq və uşaqların, eləcə də gənclərin keyfiyyətli qayğı ilə təmin olunmasını gücləndirmək üçün əhəmiyyətli töhfə verə biləcəyini qeyd edib. O, təlimatın praktiki dəyişikliklər üçün stimul yaradacağına inandığını vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Uşaqların konstitusion hüquqları Ombudsmanın diqqətindədir