Dekabrın 3-4-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, dorumun təşkilində məqsəd “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
İki gün davam edəcək forumun ilk günündə “SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi”, “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-sənaye əməkdaşlığı” mövzusunda panel sessiyaları təşkil ediləcək.
Forumun ikinci günündə isə SABAH karyera sərgisi təşkil olunacaq. Eyni zamanda “Liderlikdə vizyon və strategiya: uğurun açarı“ panel sessiyasında müzakirələr aparılacaq.
Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı, SABAH məzunlarının “TEDx” formatında çıxışları, intellektual yarışların təşkili də planlaşdırılır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
SABAH tələbə-məzun forumu və karyera sərgisi başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib