İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanların tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadəsini təmin edəcək.
Bu məsələ parlamentin noyabrın 29-da keçirilən plenar iclasının gündəliyinə üçüncü oxunuşda daxil edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin, habelə dərman vasitələrindən ambulator və ya stasionar şəraitdə istifadənin təmin edilməsi üçün dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin məcmusu olacaq.
Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum arasında bağlanılan müqavilə, dərman vasitələrinin pozitiv siyahısı xidmətlər zərfində nəzərdə tutulmuş dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin məcmusudur.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib