Noyabrın 29-da Mərakeşin Tancə şəhərində beynəlxalq MEDays Forumu çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Mərakeşin Amadeus İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
azturkxeber.az xəbər verir ki, sənədi BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri imzalayıblar.
Memoranduma əsasən, BMTM ilə Amadeus İnstitutu arasında qarşılıqlı faydalı əməkdaşlığın reallaşdırılması nəzərdə tutulub.
F.Şəfiyev iki ölkə arasında ortaq mədəni və tarixi yaxınlığın olduğunu vurğulayaraq, Mərakeş institutu ilə keçirilən görüşün və imzalanan sazişin tərəflər arasında yeni əməkdaşlıq perspektivlərinin açılmasına töhfə verəcəyinə inamını ifadə edib.
Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri imzalanan sənədin əhəmiyyətindən danışıb. Qeyd edib ki, memorandum çərçivəsində müştərək proqramlar icra olunacaq.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Azərbaycan Mərakeşdə keçirilən 16-cı beynəlxalq MEDays forumunda təmsil olunur
Baş prokuror Qətərə işgüzar səfər edib