Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup işəgötürənlə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Mənzil İnşaatı Dövlət Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması məqsədilə icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verib.
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkili işlərində işəgötürənlərlə davamlı əməkdaşlığın həyata keçirildiyi bildirilib, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlər diqqətə çatdırılıb.
Həmin ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması sahəsində görülmüş işlərdən bəhs olunub. İşəgötürənlərlə birgə bu sahədə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib
Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib
Milli Məclisin iclası keçirilib