Noyabrın 23-dən 29-dək Azərbaycan ənənəvi sənətkarlığı Səudiyyə Ərəbistanı Krallığının Riyad şəhərində keçirilən "II Səudiyyə Beynəlxalq Əl İşləri Həftəsi" sərgisində təqdim olunur.
Sərgidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ənənəvi İncəsənət Mərkəzi və Muzey Mərkəzi, eləcə də Qala Qoruğunun "Qurama" Mərkəzi tərəfindən qurama, keçə sənəti, miniatür, təzhib, dulusçuluq, keramika, batika, zərgərlik, sədəfkəsmə və taxta üzərində işləmə kimi Azərbaycan ənənəvi sənət növləri ilə yanaşı, müasir texnologiyanın tətbiqi ilə hazırlanmış, təbiətdəki ahəngi özündə ehtiva edən nano-qurama instalyasiyası təqdim olunur.
Qoruq İdarəsindən verilən məlumata görə, sərgidə iştirakın məqsədi Azərbaycan mədəniyyətinin zəngin ənənələrini və ekoloji cəhətdən dost olan sənətkarlıq sahələrini dünya ictimaiyyətinə tanıtmaq, Azərbaycan sənətinə marağın artırılmasına töhfə verməkdir. Qeyd olunan qədim Şərq sənət nümunələri sərgiyə qatılan yerli və xarici izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib