azturkxeber.az
http://azturkxeber.az

Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir

14-01-2025 Baxılıb: 2

 “Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir.
 Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər”.

AzTurkxeber.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb. 
Onun sözlərinə görə, bu zaman xüsusilə ürək-damar, tənəffüs sisteminin və dayaq hərəkət aparatının funksiyaları zəifləyə bilər:
“Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Buna görə də, sağlam gələcək nəsil yetişdirmək üçün fiziki aktivliyi artırmaq məqsədilə bağça, məktəb dövründən aktiv həyat tərzini uşaqlara aşılamaq lazımdır. Valideynlər və müəllimlər uşaqları açıq havada oyunlara, idmana cəlb etməli, müasir texnoloji cihazlardan istifadənin müddətinin azaldılmasına çalışmalıdılar”.
Ç.Hacıyeva qeyd edib ki, araşdırmalar görə, fiziki aktiv uşaqlar daha yüksək nəticələr əldə etmək qabiliyyətinə malik olurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031