azturkxeber.az
http://azturkxeber.az

"Dini Radikalizm: Təhlükələr və Hüquqi Yanaşmalar"

14-01-2025 Baxılıb: 13

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şabran rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizm və ekstremizmin mahiyyəti, təhlükələri – hüquqi aspektlər” mövzusunda dəyirmi masa keçirilib.

AzTurkxeber.az-ın məlumatına görə, tədbirdə çıxışlar zamanı ölkəmizdə dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyi, dinlərarası əlaqələrin sağlam zəmin üzərində qurulduğu bildirilib. Eyni zamanda, dini radikalizm anlayışı, dini radikalizmin, ekstremizmin yaranmasının səbəbləri, bu kontekstdə insan hüquq və azadlıqlarının pozulması, dini radikalizmdən qorunmağın yolları haqqında ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031